5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
"Əhalinin 5 min manatadək olan kreditlərinə hökümət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu yaxşıca yoxlanılmalıdı".

ANS PRESS-in məlumatına görə, bunu ölkənin maliyyə naziri Samir Şərifov Mir Şahinə eksklüziv müsahibəsində deyib. Telejurnalistin "hökümətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə hökümət tərəfindən güzəşt olunub olunmayacağı” sualına nazir belə cavab verib:

"Əgər güzəşt edilmə məsələsi qərara alınsa onda bu yaxşıca yoxlanılmalıdı. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası, dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa dövlət söz verir ki, yüz faiz vətəndaşın qoyduğu əmanətin pulu ona qaytarılacaq. Bu həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur.”

Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununlada yüksək gəlir əldə edirlər. "Bu məsələlər ətrafında müzakirələr davam edir” – deyə Sərifov bildirib.

Milli Məclisin son iclasında millət vəkili Əli Məsimli dollarla olan kreditlər məsələsinə toxunaraq, ortaq addımların atılmasının vacib olduğunu bildirimişdi.

"Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq” – deyə millət vəkili bildirib.

Dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra, dollar kreditlərinin devalvasiyadan əvvəlki məzənnə ilə, yəni 1 dolların 1,05 manata bərabər olduğu məzənnə ilə ödənməsi barədə qərar verilə biləcəyi haqda məlumat yayılıb.

BAKU.WS