VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünən ABŞ və Avropa İttifaqı İran barədə tarixi qərar verərək, bu ölkənin üzərindən sanksiyaları götürüb. Bununla da İrana valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxıb.

Bloomberg-ə xəbər verir ki, İran artıq sabahdan-yanvarın 18-dən neft üçün "qara bazar ertəsi” planlaşdırır. Sayt yazır ki, sanksiyalar götürüləndən sonra İran neft bazarına daha ucuz qiymətlərlə girəcək, onsuz da aşağı olan neft qiymətləri bir az da düşəcək. Bu barədə artıq həmin ölkənin xarici işlər nazirinin müavini Abbas Arakçi də anons edib.

İranın bazara girməyindən ən çox qorxan ölkələrdən biri də Rusiyadır. Bu, neftdən asılı olan ölkələr üçün "iqtisadi faciə” adlandırılır. Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, İran sutkada 2,5 milyon barrel neft ixrac etmək iqtidarındadır.

Amma İran bu mövzuda tələsik açıqlamalar verməyə meyl etmir. İranın neft naziri Bidjan Zanqane sanksiyaların ləğvindən sonra sutkalıq neft çıxarışının 500 min barrel olacağını qeyd edib. Hər halda, bu iki fərziyyənin hansının real olduğu yaxın 1-2 həftə ərzində bilinəcək.

Bundan əlavə, İsrailin araşdırma şirkəti olan Windward daha maraqlı məlumat yayıb. Həmin məlumata görə, sanksiyaların ləğvinin mümkünlüyünü bilən İran hələ 2015-ci ilin baharından neft istsehsalına başlayıb. Windward hazırda İranın 28 supertankerlik neft xammalının olduğunu bildirir. Və sabahdan həmin 51 milyon barrellik ehtiyat dünya bazarına çıxarılaraq qiymətləri "dağıdacaq”.

Xatırladaq ki, İrana qarşı Avropaya neft ixrac etmək qadağası 2011-ci ildə qoyulmuşdu. Qərb bu yolla İranı şəxsi atom silahını yaratmağın qarşısını almağa məcbur etdi.

Qeyd edək ki, hazırda neft qiymətləri son həftələrdə 29-31 dollar arasında dəyişir
 
"Qafqazinfo”
BAKU.WS