"Bu günlədə Mərkəzi Bank bankların faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib. Bu qərarın hədəfində bankların əməliyyat xərclərin optimallaşdırılması olsa da indiki şərtlərlə faiz dərəcələrinin aşağı düşəcəyi inandırıcı görsənmir. Çünki, banklar yüksək faiz dərəcələrinə risklərin idarə edilməsi siyasətinin tərkib hissəsi kimi baxırlar".

 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu bildirib. İqtisadçı hesab edir ki, faiz dərəcələrinin yüksək olmasını şərtləndirən başlıca amil inflyasiyadır:
 
"Rəsmi statistik məlumatlara inansaq, bu ilin yanvar-iyul aylarında inflyasiya (istehlak mallarının qiymətləri və xidmət tarifləri) 3,7 faiz olub, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşıb. Mərkəzi Bank hələ ötən ilin sonunda bəyan etdiyi 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə sənəddə car ildə inflyasiyanı 2-3% səviyyəsində hədəfləyib. Lakin bəzi beynəxlalq təşkilarlar bu il üçün Azərbaycanda daha yüksək inflyasiya prornozlaşdırırlar. Belə ki, Azərbaycan üzrə 2015-ci il üçün inflyasiya proqnozunu Beynəlxalq Valyuta Fondu 8,5 faiz, Moody 's kredit-reytinq agentliyi 9 faiz elan edib".
 
İqtisadçı bildirir ki, yay aylarında mövsümi amillərlə əlaqədar olaraq xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma qeydə alınsa da, son iymətləndirmələr payız və qış aylarında daha yüksək inflyasiya gözləntisinin olduğunu göstərir: "Çünki, artıq mövsümi amillər qiymətlərə artırıcı təsir göstərməyə başlayıb. Bununla yanaşı, ərzaq bazarında hökmran mövqeyə mailk olan şirkətlər yeni qiymət siyasəti ilə daha yüksək inflyasiyanı stimullaşdırırmağa başlayıblar. Odur ki, həm biznes və həm də istehlakçılar yeni inflyasıya dalğasına hazır olmaldır".
 
BAKU.WS