13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Azərbaycanda daşınmaz əmlakın qiyməti ucuzlaşmaqda davam edir. 
 
BAKU.WS-in məlumatına görə, "MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu əmlak bazarında araşdırma aparıb. Məlum olub ki, ötən ilin son ayı üzrə təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1545 $/кv.m-dən -2.2 % azalaraq 1511 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1622 AZN/кv.m-dən 1577 AZN/кv.m bəndinə qədər enib. 
 
Təklif qiyməti, $/kv.m


Mənzil bazarında qiymətlərdə müşahidə olunan azalma 2015-ci ilin sonuncu ayında da müşahidə edilib. Alıcıların sayında isə nisbətən artım olduğundan, dekabr ayında mənzil bazarının aktivliyi ötən aya nisbətən 3% artıb.

Ümumilikdə əmlak bazarında gözləmə mövqeyi tutan mənzil satıcılarının sayında dekabr ayında azalma qeydə alınıb ki, buda öz növbəsində təklif portfelinin artmasına gətirib çıxartıb. Təkrar mənzil bazarında təklif həcmi 9.9 % artıb. Noyabr ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1203 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -39.0% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir.

Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Xətai, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68.4 faizə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 55.7%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1182 $/kv.m-dir. Ümumi təklif portfelinin 32%-ni 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1722 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 12.3% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2449 $/kv.m təşkil edib.
 
Aparılan araşdırmalara əsasən "eksperimental”, "leninqrad”, "xruşşov” və "yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 16.2%, 15.3 %, 10.6% və 31.6%.

Layihələr üzrə qiymət strukturu:

 

Ötən ayda layihələr üzrə qiymət azalması daha çox arxitektura, fransız, minsk və xruşşov layihələrində qeydə alınıb, müvafiq olaraq -11.5%, -6.7%, -8.4% və -6.7%. Layihələr üzrə qiymət artımı isə yalnız italyan və stalinka layihəli mənzillərdə hiss edilib, 2.1% və 2.9%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1511 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 57.3 faizə malikdir. Mənzillərin orta sahəsi 75.74 kv.m, orta otaq göstəricisi isə 2.42 təşkil edir. Hər otağın orta satış qiyməti 48 000 ABŞ dolları, mənzilin orta qiyməti isə 116 200 ABŞ dolları təşkil edib.


Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:
 

 

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil "arxitektur” layihəli 5 otaqlıda qeydə alınıb. "Sahil” metro stansiyası yaxınlığında yerləşən 220 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4500 USD təşkil edib. Ən ucuz mənzil isə Nərimanov rayonunda, Montin qəsəbəsində yerləşən zəif təmirli 80 kv.m-lik sahəyə malik "italyan” layihəli, 2 otaqlı mənzildə qeydə alınıb, 525 USD/kv.m.
 
Şahin Həbibov
BAKU.WS