Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayında 2019-cu il üzrə əmək yarmarkalarına başlanacaq.
Bu barədə nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, yarmarkaların cari il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur.
Bu aktiv məşğulluq tədbirlərində idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.
Həmçinin iştirakçıların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılacaq.