Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Noyabrın 26-da qızılın qiyməti noyabrın 23-ü ilə müqayisədə 5,423 manat azalaraq 1 unsiya üçün 2082,8315 manat təşkil edib.

Gümüş 0,266 manat ucuzlaşaraq 1 unsiya üçün 24,3935 manata bərabər olub.

Platinin qiyməti 3,2725 manat azalaraq 1437,5455 manat, palladiumun qiyməti isə 38,301 manat azalaraq 1924,859 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

BAKU.WS