SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə lirəsinin məzənnəsinin dəyişkənliyi "SOCAR Turkey Enerji" şirkətinin aktivlərinin gəlirliliyinə nəzərəçarpacaq təsir göstərməyəcək.

BAKU.WS
xəbər verir ki, bu barədə Trend-ə "SOCAR Turkey Enerji" şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte bildirib.

M.Lekompte bildirib: "Əgər bizim Türkiyədəki müəssisələrdən danışırıqsa, Petkim neft-kimya kompleksi və STAR neft emalı zavodunda vəziyyətlər fərqlidir. Belə, Petkim-də istehsal olunan məhsulların 50 faizi Almaniya, ABŞ, Polşa və digər xarici ölkələrə göndərilir. Yəni, demək olar ki, məzənnənin dəyişkənliyi Petkim üçün risk yaratmır. STAR neft emalı zavoduna gəldikdə zavod fəaliyyət göstərməyə başlamayıb və tikinti mərhələsindədir. Burada lirənin məzənnəsinin aşağı düşməsi hər hansı bir dəyişikliyə səbəb olmur. Türkiyədə ən iri xarici investor kimi biz layihələrin həyata keçirilməsini və ölkə iqtisadiyyatına yatırımlar etməyi davam etdirmək niyyətindəyik".

İlin əvvəlindən türk lirəsi dollara nisbətdə təxminən 35 faiz ucuzlaşıb. İyulun 10-u türk lirəsi növbəti tarixi rekordu yeniləyərək günü 6,41 lirə/dollar səviyyəsində başa vurub və sutka ərzində 20 faiz dəyərini itirib.

BAKU.WS