CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 75,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,75 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 74,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 1-də 69,9 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 1-də 74,37 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

BAKU.WS