
Xatırladaq ki, ipoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla, 3 ildən 25 ilədək müddətə, illik 8% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur. İpotekanın məbləği üzrə maksimal məbləğ 100 000 AZN təşkil edir.
Online müraciət üçün bu linkdən istifadə etmək olar.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.