
Növbəti ildən etibarən Azərbaycanda pensiyalar yeni üsulla artırılacaq. İl ərzində orta əmək haqqına ediləcək artımlar, növbəti il üçün pensiya artımının əsasını təşkil edəcək.
Xezerxeber.az-ın məlumatına görə, yeni sistem barədə məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama verib. Nazir bildirib ki, yeniliyin tətbiqi üçün qanunvericiliyə bütün dəyişikliklər edilib. Pensiyalara artım baza yox, bütöv sığorta hissəsinə ediləcək.
Nazir bildirib ki, növbəti il üçün dövlət büdcəsindən ayrılan vəsaitlər sosail layihələrin tam icrasına kifayət edəcək.