VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda oktyabrın 2-dən 6-dək Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası, "Azərbaycan Hava Yolları" (AZAL) QSC, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) dəstəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun onuncu müşavirəsikeçirilir.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə,

Konfransda 15 ölkədən, eyni zamanda beş beynəlxalq və regional təşkilatdan (ICAO, IAC, EASA, IATA, EUROCONTROL) təxminən 65 mütəxəssis, həmçinin iri aviasiya istehsalçıları – “Boeing” və “Airbus”un nümayəndələri iştirak edir.

Müşavirənin işi çərçivəsində ilk iki gündə taksonomiyavə uçuşların təhlükəsizliyi üzrəpraktiki seminarlar keçirilmişdir.

Konfransınilk günlərinin yekunlarına əsasən qrupun işinin nəticələri bəyənilmiş və regional səviyyədə uçuşların təhlükəsizliyi sahəsində təşəbbüslərin reallaşdırılması istiqamətində növbəti addımlar planlaşdırılmışdır.

Azərbaycanın aviasiya hakimiyyətinin, ICAO, IATA, IAC, EUROCONTROL-un nümayəndələri və digər rəsmi şəxslər məruzələr ilə çıxış etmişdirlər.

IE-REST qrupu 2013-cü ildə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun təşəbbüsü ilə yaradılmışdır. Qrupun əsas məqsədi uçuşların təhlükəsizliyi səviyyəsinin artırılması üzrə təşəbbüs və tədbirlərin hazırlanması və dəstəklənməsidir. Hazırda belə tədbirlər regional və beynəlxalq təşkilatların, tənzimləyici orqanların, aviaşirkətlərin və hava gəmiləri istehsalçılarının birgə səyləri ilə həyata keçirilir.

BAKU.WS