SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.
 
BAKU.WS məlumat verir ki, bunu ADY QSC (Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyəti), MHİRK-in (Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi) sədri Fəzail Bağırov deyib:
 
"Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdı. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri sürətlə davam edir" - deyə Fəzail Bağırov bildirib.
 
BAKU.WS