SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bank of Baku”-nun idarəetməsində struktur dəyişikliyi olub. BAKU.WS bankın saytına istinadən xəbər verir ki, rəhbərliyə yeni sahə direktorları və komitə sədri təyin edilib. Belə ki, Nigar Tahirova, Nicat Bağırov, Ramil Nəsibov və Təhminə Səlimxanovanın səlahiyyətləri artırılaraq sahə direktoru vəzifəsinə təyinat alıblar.

Həmçinin, Anar Abbasov bankda yaradılan yeni komitəyə sədr təyin olunub.

Qeyd edək ki, hal-hazırda Bankın menecment komandası 3 nəfərdən ibarət İdarə Heyəti, 5 sahə direktoru və komitə sədrlərindən ibarətdir. Redaksiyamız adından Bank of Baku-da yeni təyinat almış şəxsləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
 
BAKU.WS