Mikayıl Cabbarov Lyudqer Şuknextlə görüşdü - FOTO

Mikayıl Cabbarov Lyudqer Şuknextlə görüşdü - FOTO
İqtisadiyyat 40

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının vitse-prezidenti Lyudqer Şuknextlə görüşüb.

Bu barədə nazir "X" hesabında paylaşım edib.

"Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini nəzərdən keçirdik. AİİB tərəfindən son dövrlərdə həyata keçirilən strategiyalar və nəzərdə tutulan tədbirlər, bankın Azərbaycanda fəaliyyət istiqamətləri, COP29 sahəsində birgə iş və tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər