Azərbaycan ÜTT ilə ölkə iqtisadiyyatının şaxələndirilməsini müzakirə edib - FOTO
Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətləri müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"ÜTT-nin baş direktoru xanım Nqozi Okonyo-İveala (Ngozi Okonjo-Iweala) ilə görüşdə ölkəmizin təşkilata üzvlük prosesi müzakirə edildi, əlaqələrimizin inkişaf perspektivləri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi barədə danışdıq. COP29 (COP29 Azerbaijan) çərçivəsində tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir - YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “LinkedIn” şirkətinin həmtəsisçisi və məhsulun idarə olunması üzrə vitse-prezidenti Alle...