Bu il Azərbaycanda hasil ediləcək neft və təbii qazın həcmi açıqlanıb
Bu il Azərbaycanda neft hasilatı təxminən 30 milyon ton, təbii qaz hasilatı isə 48 milyard kubmetr təşkil edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov bu gün keçirilən Bakı Enerji Forumunun I günündə deyib.
“2023-cü ildə Azərbaycanda neft hasilatı 30 milyon ton təşkil edib. Bunun 25 milyon tonu ixrac edilib. 2024-cü ildə Azərbaycanda neft hasilatı isə ötən ilin səviyyəsində qalacaq”, - K. Abbasov vurğulayıb.
Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycanda təbii qaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu, ötən ilin göstəricilərinə uyğundur.
Oxşar xəbərlər
Pərviz Şahbazov: “Qaz tədarükünün artırılması region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir”
Cənub Qaz Dəhlizinin (SGC) inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təch...