SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Apple kompaniyası İPhone şirkətin 10 illik yubileyi münasibətilə yeni qadjet istehsal etməyi planlaşdırır. 

BAKU.WS-nin rus mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, İPhone 8 və ya İPhone X adlandırılacaq yeni 5,8-düymlük telefonun qiymətinin 1000 dollardan baha olacaq. Telefon bir çox yeni imkanlara və dizayn elementlərinə malikdir. Məsələn, qadjetdə telefonun bütün ön panelini əhatə edən yeni OLED-displey, həmçinin də iPhone 7 ilə müqayisədə çox güclü yaddaşa malikdir. Yeni telefon əvvəlki modeldən fərqli olaraq iri batareyaya malik olacaq. Amma batareyanın ölçüsü hələ ki, dəqiq bilinmir. Həmçinin iPhone 8 yeni orijinal dizayna da malik olacaq.  

Bundan başqa yeni telefonun hamar qara monolit kimi görünüşı malik olacağı və qadjetin arxasının metaldan deyil, şüşədən hazırlanacağı da məlumdur. Telefonun kənarında yerləşən düymələr isə sensor düymələrlə əvəzlənəcək. Amma o da bildirilir ki, Apple telefonun texniki xüsusiyyətlərini istənilən vaxt, hətta istehsalat tsiklinin sonunda belə dəyişə bilər.

Arzu Mirzəyeva
BAKU.WS