iPhone telefonlarını Android-ə çevirən sehirli qab
Bəzi iPhone telefonlarının Android kimi işləyə bilməsi üçün telefon qabı istehsal edilib.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, Çinin "Jijia " şirkəti "Mesuit” adlı telefon qabları istehsal edib ki, bu qablar bəzi iPhone telefonlarını Android-ə çevirə bilir.
Şirkətin hazırladığı qablar port vasitəsi ilə iPhone telefonlarına qoşulur və telefonda Android sisteminin işlənməsinə şərait yaradır. Daxili nano sim kart yerinə də sahib olan qab iPhone 6, iPhone 6 Plus, iPhone 6S və iPhone 6S Plus telefonlarından istifadə edilə biləcək.
2GB RAM və 16GB daxili yaddaşa sahib olan qab 150 və 165 dollardan satışa çıxarılıb. Azərbaycana nə zaman idxal ediləcəyi bilinmir.
BAKU.WS
Oxşar xəbərlər
"iPhone 7"nin görüntüləri mətbuata sızdı (FOTO)
"Apple" şirkətinin sentyabr ayında ictimaiətə təqdim edəcəyi "iPhone 7" ilə bağlı yeni xəbərlər yayılır. BAKU.WS-in məlumatına görə, mətbuata sızan yeni görün...