Taleh Kazımov: "Naxçıvan Bank"ın maliyyə dayanıqlılığında bir problem yoxdur"
Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin maliyyə balansı yaxşıdır və heç bir maliyyə problemi yoxdur.
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, "Naxçıvan Bank"ın kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb: "Bu səhmdarların qərarıdır. Hazırda da səhmdarlar müəyyən məsələləri müzakirə edib qərarlar verəcəklər. Ancaq bankın fəaliyyətində, maliyyə dayanıqlılığında bir problem yoxdur".
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 %-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.
Oxşar xəbərlər
Azərbaycanın bank və mikromaliyyə sektorları 2023-cü ildə - İCMAL
2023-cü il Azərbaycanın bank sektoru üçün zəngin il olub. İlk növbədə qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) haqqında qanun dəyişib. Bununla da, qurumun f...