Azərbaycanda bu avtomobil yolunun bir hissəsi çöküb
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrliyində, Yasab kəndi ərazisində güclü yağıntılar nəticəsində sel suları yolun torpaq yatağını və suötürücü qurğuları yuyub. Nəticədə 2 ədəd qoşa boru yararsız vəziyyətə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "APA-Economics"ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, məlumat daxil olan kimi Agentliyin əməkdaşları dərhal əraziyə cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb.
Hazırda qeyd olunan hissədə yolun bərpası işlərinə başlanılıb. Hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə müvəqqəti yolu tikilərək alternativ hərəkət təşkil olunub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...