İmtahandan kənarlaşdırılan şagird danışdı

İmtahandan kənarlaşdırılan şagird danışdı
Video
Digər 51

Baku TV-nin qaynar xəttinə şikayət edən 11-ci sinif şagirdi Elnar Əkbərli bildirir ki, imtahanın başlamasına az qalmış məktəbə daxil olub. O, üzərində olan telefonu qapıda təhvil vermək istəsə də, abituriyentə cihazı nəzarətçiyə təqdim etməli olduğu bildirilib.

Elnar Əkbərli qapıdakı mühafizə və yoxlama prosesi zamanı yanlış yönləndirildiyini iddia edir:

"Girişdə telefonu polislərə təhvil vermək istəsəm də, götürmədilər. Aşağıdakı nəzarətçi isə telefonun yuxarıda, imtahan zalında təhvil alınacağını təsdiqlədi. Mən də buna arxayın olub cihazı cibimə qoydum. Zala daxil olan kimi, hələ sual kitabçaları paylanmadan telefonu nəzarətçiyə təqdim etdim. Lakin o, telefonla içəri girməyin qadağan olduğunu bildirərək məni imtahandan xaric etdi".

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən qeyd edilib ki, cihazın hansı şəraitdə aşkar edilməsinin nəticəyə təsiri yoxdur: "Bəzən abituriyentlər telefonu içəri keçirməyə nail olsalar da, sonradan ondan istifadə edə bilməyəcəklərini anlayıb narahatlıqdan cihazı özləri təqdim edirlər. Lakin qayda birmənalıdır: imtahan binasında mobil telefon aşkar edildiyi təqdirdə imtahandan xaric olunursunuz".

Son xəbərlər