70 yaşlı Əməkdar artist: "30 il əvvəl geyindiyim paltarları indi Cennifer Lopez geyinir…"

70 yaşlı Əməkdar artist: 30 il əvvəl geyindiyim paltarları indi Cennifer Lopez geyinir…
Video
Şou-biznes 163

"Hansı müğənni məndən paltarımı istəsə ona hədiyyə edərəm, qurbandır. Mən çox ucuz bir parçanı alıb ondan gözəl geyimlər hazırlayıram".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Qonaqcanlı" verilişinə dəvət olunan zaman bildirib.

70 yaşlı ifaçı vurğulayıb ki, dünya ulduzu Cennifer Lopez onun illər əvvəl geyindiyi libasları indi geyinir:

"Mənim 30 il əvvəl geyindiyim geyimləri indi Cennifer Lopez geyinir… Bunu sübut da edə bilərəm. Mən də şəkillər var. Məsələn mənin güllərdən ibarət şarfım var. Onu amma bu gün verilişə gətirə bilmədim. Biri elə odur. Elə bizim müğənnilərimiz, Aygün Kazımova, Röya Ayxan da geyinirlər".

Ətraflı videoda:

Son xəbərlər