SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün səhər saatlarından başlayaraq, Azərbaycan banklarında dolların alış-satış qiymətləri aşağı salınıb.
 
BAKU.WS "Marja"ya istinadən xəbər verir ki, səhər saatlarında 1 dolları 1.8950 manatdan alan və 1.9280 manatdan satan BTB Bank, hazırda 1 dolları 1.88 manata alır, 1.92 manata satır.

Səhər saatlarında Dolları 1.9250 manata satan AmrahBank satış qiymətini 1.9150 manata endirib. Bu, bazarda indiyə olan ən aşağı satış qiymətdir. Digər əksər banklarda dolların ən aşağı satış qiyməti 1.92 —1.9250 manat təşkil edir. Qeyd edək ki, banklarda dolların alış və satış qiymətləri aşağı düşməkdə davam edir.
 
BAKU.WS