SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Neft Fondunun 2012-ci ildə Moskvadan 133 milyon ABŞ dolları müqabilində Tverskaya 16 ünvanında yerləşən "Qalereya Aktyor” ofis-ticarət mərkəzi almışdı. Hazırda həmin obyekt dəyərinin 1/3-ni itirib".

 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssis bildirir ki, son qiymətləndirmələrə görə, ticarət mərkəzinin hazırda bazar dəyəri 5 milyard 687 milyon Rus rubldur. Mövcud məzənnə ilə (63 rubl/dollar) götürsək 90 milyon dollar edir:
 
"Yəni, əmlak 3 ildə dəyərini 43 milyon dollar (32%) itirib. Məlumat üçün bildirim ki, bina alınan zaman kommersiya təyinatlı daşınmaz əmlaklar üzrə konsaltinq şirkət olan Colliers İnternational təşkilatı həmin obyektə 2012-ci ildə 100-105 milyon dollar qiymət qoymuşdu. Ancaq Neft Fondu həmin dövrdə onu dəyərindən baha qiymətə almışdı".

S.Əliyevin sözlərinə görə, obyekt alınanda qeyd edilirdi ki, əmlakın icarəsindən ildə 9,6 milyon dollar qazanc olacaq. Halbuki Fondun məlumatına görə, ötən il bu qazanc 5,7 milyon dollar olub: "Fond azalmanı binanın ticarət mərkəzi hissəsinin yenidən qurulması ilə əlaqələndirsə də, səbəb Rusiyaya sanksiyaların tətbiqinin daşınmaz əmlak bazarında ucuzlaşma yaratmasıdır", - deyə iqtisadçı əlavə edib.
 
BAKU.WS