SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın restoran şəbəkələri Mərkəzi Asiya bazarına yüksək maraq göstərir – artıq bir neçə brend Qazaxıstan, Özbəkistan, Azərbaycan və Ermənistan bazarına daxil olmaq planlarını açıqlayıb.

“Report” xəbər verir ki, “Şokoladnitsa”, “Yakitoriya”, “Osteria Mario”, “Şvili” və digərləri bu strategiyanı dəstəkləyir.

Bu, regionda iaşə bazarının fəal artımı fonunda baş verir ki, bu da növbəti illərdə də davam edəcək. Belə proqnozları isə “INFOLine” analitikləri verib.

Adıçəkilən ölkələrin hamısında rəsmi statistikaya əsasən milli valyutalarda (müqayisəli qiymətlərlə) sənayenin ikirəqəmli artımı qeydə alınıb: Rusiya (12%), Azərbaycan (12%), Qazaxıstan (25%), Belarus (10,2%), Özbəkistan (12,6%), Ermənistan (25,4%), Qırğızıstan (24,9%).

“Artım həm sənayenin təbii inkişafı fonunda (ərzaq qiymətlərinin dinamikası, istehlakın artımı, yeni satış məntəqələrinin açılması), həm də qanuni biznesin və şəffaflığın payının artması ilə bağlı olub”, - analitiklər hesab edirlər.

“INFOLine”a görə, Mərkəzi Asiyada ictimai iaşə sənayesi ümumilikdə formalaşma mərhələsindədir, qarşıdakı illərdə bir sıra müsbət ilkin şərtlərə görə sürətlə inkişaf edəcək.

BAKU.WS