"Rosselxoznadzor": Azərbaycandan Rusiyaya 29,3 milyon yumurta tədarük edilib
25
mar
2024
23:45
Ərzaq yumurtası tədarükü başlayandan (2023-cü ilin dekabrın 19-dan) bəri Azərbaycandan Rusiyaya 29,3 milyon ədəd yumurta ixrac edilib.
"Report"un məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir.
“Martın 18-dən 24-dək olan müddətdə Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 3,9 milyon ədəd ərzaq yumurtası sonrakı satış üçün Rusiyaya daxil olub”, - "Rosselxoznadzor" bildirir.
Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...