SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin yanvar-fevral aylarında tranzit, ixrac və idxal rejimləri üzrə 2,43 milyon ton yük daşıyıb.

Bu barədə BAKU.WS-ə ADY-dən bildirilib.

Qeyd edilib ki, daşınan yüklər arasında mazut və azot gübrələrinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22 % və 42 % artım qeydə alınıb.

Ümumi yükün 7,4 %-ni təşkil edən qələvi metallar və metalloidlərin (kükürd, fosfor-natrium) həcmi isə 2023-cü ilin ilk iki ayına nisbətən 2 dəfə çox olub.

BAKU.WS