Masallıda noxud sahələri iki dəfə artıb
09
mar
2024
23:36
Masallı rayonunda noxud sahələri iki dəfə artıb.
"Report"un Muğan bürosunun məlumatına görə, noxud bitkisi rayonun bir neçə kəndində əkilir.
Fermerlərin sözlərinə görə, noxud məhsulu yaxşı satıldığı üçün bu bitkinin əkininə üstünlük verirlər.
Onların bildirdiyinə görə, əsasən Pakistandan gətirilən noxud toxumu əkilir. Çünki bu toxumlar yüksək məhsuldarlığa malikdir. Həmçinin xəstəlik və zərərvericilərə qarşı dözümlüdür.
Qeyd edək ki, ötən il Masallı rayonunda 259 hektar sahədə noxud yetişdirilib. Bu il isə 400 hektarda noxud səpini planlaşdırılır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Hyundai Sonata" - 2500 AZN - QİYMƏTLƏR
10 yanvar 2023-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 51 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...