Azərbaycanın gələn il üzrə büdcə zərfi II oxunuşdan keçib

Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin ikinci oxunuşda müzakirəsi başa çatıb.
“Report” xəbər verir ki, toplantıda hökumət üzvləri iştirak ediblər.
Deputatlar gələn ilin büdcəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Daha sonra büdcə zərfinə daxil olan qanunlar II oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.
Qeyd edək ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Müzakirələrə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və hökumət üzvləri də qatılıblar.
2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən olunur.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...
