SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Türkiyə turist sayındakı azalmanın qarşını almaq üçün yeni kampaniyaya başlayıb.
 
BAKU.WS-in məlumatına görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turist axının azalmasının qarşısını almaq üçün 13 ölkədən turist gətirən agentliklərə yardım edəcək. Türkiyə hər təyyarəya görə 6 min dollarlıq yardım edəcək.
 
Rusiyada baş verən və bütün bölgəni təsiri altına alan iqtisadi böhranın turizmə verdiyi itkilərin azaldılması üçün atılan bu addım böyük marağa səbəb olub. Nazirlik, uçuş və bronların ləğvinin kəskin artımından sonra bu cür addım atmağa məcbur qalıb. 

Türkiyənin yardım edəcəyi ölkələr arasında Azərbaycan, Moldova, Belarus, Özbəkistan, Ermənistan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və İranın adı qeyd edilib.
 
Yardımlar Antaliya Gazipaşa-Alanya, Antalya, Muğla Dalaman, Muğla Milas-Bodrum və İzmir Adnan Menderes hava limanlarına edilən səfərlərə görə veriləcək. Hər təyyarəyə görə, 6 min dollar məbləğində ödəniləcək yardım 30 noyabr tarixində başa çatacaq. 
 
ŞAHİN Həbibov
BAKU.WS