2022-ci ilin dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi

23
noy
2021
17:07
Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələrdən sonra 2022-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, büdcə müzakirələri sabah davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.
Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...