Azərbaycanda içki brendlərinin "reklam müharibəsi" - FOTO
19
dek
2018
15:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda içki brendləri arasında qəribə rəqabət başlayıb. BAKU.WS xəbər verir ki, sərinləşdirici içkilərin rəqabəti sosial şəbəkə izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Sirab suları reklamında özünün 3 faydasını qeyd edib. Mətn izləyicilər arasında geniş müzakirəyə səbəb olub.
Bundan istifadə edən Atena şirkəti eyni dizaynlı reklam hazırlayaraq ayran içməyin 3 faydasını yazıb və bununla kifayətlənməyərək #ondansaayraniçin həştəqi yaradıblar.
Sonda isə Hell energetik içkisinin müdaxiləsi daha maraqlı olub. "Bizi onlardan ay(ı)ran enerjimizdir" yazaraq reklam paylaşımı edən şirkət özündən əvvəlki şirkətlərin rəqabətinə eyham vuraraq son nöqtəni maraqlı tərzdə qoyub.
BAKU.WS
Oxşar xəbərlər
XƏBƏRDARLIQ: Bu şəxslər energetik içkilərdən qəti istifadə etməsin!
Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və...