Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,1 ABŞ dolları, yaxud 1,58 % azalaraq 68,51 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 66,01 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,65 % azalaraq 66,95 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
İqtisadiyyat naziri: "Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-ə çatacaq"
Bu il Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 70 %-ə çatacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazir...
