SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mərkəzi Bank valyuta hərracı barədə məlumat yayıb. 
 
AMB-dən BAKU.WS-ə verilən məlumatına görə, 8 sentyabr 2016-cı il tarixində Mərkəzi Bankda keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
 
Hərracda məcmu tələb 402.56 milyon ABŞ dolları təşkil edib. 
 
Şahin Həbibov
BAKU.WS