13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bu günə qədər davam edən Türkiyə Azərbaycan əlaqələrinə hər iki ölkənin iş qadınları da qoşulub.

Azərbaycanın Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Türkiyənin “TurkAz” İş Qadınları Platforması sıx əməkdaşlığa başlayıb.

Türkiyə və Azərbaycan İş Qadınlarını “TurkAz” Platforması çətiri altında birləşdirən və bu platformanın əhəmiyyətindən danışan təsisçi Yeganə Quliyeva qadınların mədəni, sosial-ticari layihələrdə qarşılıqlı əlaqələrini sürətləndirmək üçün bu işə imza atdıqlarını vurğulayıb.

Bir-birindən dəyərli iş adamları sentyabr ayının 13-də Türkiyənin İstanbul şəhərində bir araya gəliblər. İş qadınlarının bir araya gəldiyi gecədə hər iki ölkənin görkəmli şəxsləri, siyasi xadimləri və mədəniyyət nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın iş qadınlarının məqsədi indiyədək inkişaf etmiş və ən yüksək səviyyəyə çatmış ikitərəfli qardaşlıq münasibətlərini sürətləndirmək, eyni zamanda ölkələrin iqtisadiyyatlarına da öz töhfələrini verməkdir.

“TurkAz” Türkiyə Azərbaycan İş Qadınları Platforması müxtəlif sektorlarda çalışan qadınları da öz idarə heyətinə cəlb edərək turizmdən sənayeyə, təhsildən inşaata, kosmetikadan tekstilə qədər bir çox sahələri əhatə edib.

“TurkAz” Türkiyə Azərbaycan İş Qadınları Platformasının İdarə Heyəti;

• Yeganə Quliyeva – İdarə Heyətinin sədri / AMT Tekstil Ltd.
• Tuğçe Aydın – İdarə Heyətinin sədr müavini/ Wittour Turizm A.Ş.
• Hülya Vurğun Şahbaz – Baş Katib / Doku Art Turizm A.Ş. sahibi
• Merve Mollamehmetoğlu - İdarə Heyətinin üzvü / Butemmetal A.Ş.
• Şems Arslan – İdarə Heyətinin üzvü / Şems Arslan Cosmetics şirkətinin rəhbəri
• Esra Öztürk - İdarə Heyətinin üzvü / Bilfen okulları
• Betül Gülbahar – İdarə Heyətinin üzvü / Global Naturel Gıda San və Tic AŞ
• Aygün Əliyeva – İdarə Heyətinin üzvü / Vekil- Era360 Business Consultancy

Bildirək ki, “TurkAz” İş Qadınları Platformasının mərkəzi İstanbuldur və onun Azərbaycan tərəfdaşı İqtisadiyyat Nazirliyin tabeliyində olan AQSİA (Azərbaycan İşgüzar Qadınları Assosiasiyası) və onun prezidenti Səkinə Babayevadır. “TurkAz” platformasının təsisçi prezidenti 1981-ci il təvəllüdlü Yeganə Quliyevadır. O, 2000-ci ildən Türkiyədə yaşayır və orada ailə həyatı qurub. Biznes həyatında fəal iştirak edən sahibkar Yeganə Quliyeva iki ölkə əlaqələrinə hər zaman əhəmiyyət verərək bir çox işlər həyata keçirib. Belə ki, ilk özəl şirkəti olan “TurkAz PR” və “TurkAz” jurnalının da təsisçisi olub. O, indi də iki ölkə arasında fəaliyyətini davam etdirir və Türk Dünyası Təşkilatının Qadınlar Komitəsinin üzvüdür.

BAKU.WS
QALEREYA