Bakı-Supsa boru kəmərinin işi nə vaxt bərpa olunacaq?

Bakı-Supsa boru xətti zərurət yaranarsa, hər zaman işə düşməyə hazırdır.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə "bp Azerbaijan" şirkətindən bildiriblər.
"Bakı-Supsa sisteminin işi Qara dənizdə tankerin olmaması ilə əlaqədar dayandırılmışdı. Boru xətti zərurət yaranarsa, hər zaman işə düşməyə hazırdır. Biz Supsada tanker yükləmə ilə bağlı hər hansı müraciət almadığımız üçün xətt bağlı qalır.
Adətən, növbəti ayla bağlı qərarlar əvvəlki aylarda alınan müraciətlər əsasında qəbul edilir. Müraciət alsaq, boru xəttini işə salmağa hazırıq", - şirkətdən bildiriblər.
Xatırladaq ki, Bakı-Supsa boru kəməri ilə neft nəqli mart ayında dayandırılmış və aprelin 1-17-də aparılımış təmir işlərindən sonra bərpa olunmuşdu. Daha sonra boru xətti ilə neft nəqli yenidən dayandırılmışdı.
Oxşar xəbərlər
Supsa terminalından Azərbaycan nefti yüklənmiş 1000-ci tanker yola salınıb
BP-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahil...