SİZİN REKLAM BURADA!
055 213 76 73


 
19.08.2016-cı il tarixində "NİKOYL" İnvestisiya Kommersiya Bankı ASC-nin Müşahidə Şurasının  Moskvada iclası keçirilib.
 
İclasda əsas müzakirə mövzusu Bankın nizamnamə kapitalının artırılması olub. Müşahidə Şurası tərəfindən Səhmdarların Ümumi Yığıncağına Bankın nizamnamə kapitalının 60 mln. manatadək artırılması tövsiyyə edilib.
 
Bankın Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası cari ilin avqustun sonunadək keçirilməsi nəzərdə tutulub. 

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil