VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

 

"İran və Azərbaycan Respublikasının ticarət həcmi 3 qatına yükəsələcək”.


BAKU.WS-in məlumatına görə, bunu İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Tehranda Azərbaycan Respublikası İqtisadiyyat və Sənayə naziri Şahin Mustafayevlə görüşündə deyib.

 

İranlı nazir həmçinin əlavə edib ki, Azərbaycan və İran 500 milyon dollarlıq ikitərəfli ticarət həcmini gələn il 3 dəfə (1 mlrd. 500 mln. dollar) artırmaq niyyətindədir. M.Vaizi İranın Azərbaycandan elektrik enerjisi satın alacağını da diqqətə çatdırıb. Görüşdə iki ölkənin ikitərəfli münasibətlərinin bütün imkanlardan faydalanaraq yüksəldilməsi lazım olduğu qeyd edilib.


İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri Vaizi iki ölkənin neft-kimya, neft, təbii qaz, yol, dəmir yolu, hava yolları, bank və elm sahələrində əməkdaşlığı inkişaf edə biləcəyini əlavə edib.

 

 

 

BAKU.WS