SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İyulun 30-dan respublikamızda çörəyin qiyməti artacaq. Belə ki, qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.

Qiymət artımının isə devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir. 
 
"Avqust-sentyabr ayları iqtisadiyyat bazarının ən qalmaqallı ayları kimi yadda qalacaq"

İqtisadçı Afiq Ağaquliyev İnterAz-a açıqlamasında deyib ki, çörəyin qiymətininin qalxması baş verəcək: "Çörəyin qiyməti ilə yanaşı çəkisi də artacaq. Qiymət fərqi 0.1 azn təşkil edəcək. Amma unun qiyməti dəyişməz olaraq qalacaq. Digər yeyinti məhsullarının qiymətində dəyişiklilər sentyabr ayından müşahidə olunacaq. Ümumiyyətlə un məmulatlarının qiyməti sabahkı tarixdən artımı müşahidə olunacaq. İstehsalatında elektrik enerjisi sərf olunan məhsullar qiymətini qısa bir müddətdə dəyişəcək. Bu isə qida məhsullarının 60% ni təşkil edir. Çox güman ki, vergi şərtlərində də dəyişikliklər olacaq. Onu da xüsisilə diqqətinizə çatdırım ki, avqust-sentyabr ayları iqtisadiyyat bazarının ən qalmaqallı ayları kimi yadda qalacaq”.

"Çörək əvvəlki qiymətə, yəni 40 qəpiyə satılır"

Bakıxanov Çörək Zavodunun istihsalat şöbəsinin rəisi Elman Məmmədov açıqlamasında bildirib ki, çörəyin qiymətinin artması ilə bağlı onlara İqtisadiyyat Nazirliyi tərəfindən heç bir məlumat daxil olmayıb. Buna görə də çörək əvvəlki qiymətə, yəni 40 qəpiyə satılır.

BAKU.WS