İlham Əliyev: Neft məhsullarının ixracı ilə bağlı yeni addımların atılması əməkdaşlığımızı dərinləşdirəcək

"Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq".
BAKU.WS xəbər verir ki, bunu Ukraynada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı bildirib.
"Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur", - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - FOTO
Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. BAKU.WS xəbər verir ki, Azərb...
