Naxçıvanda ortaaylıq əməkhaqqı artıb

Naxçıvan Muxtar Respublikasın banklarında 1 noyabr 2021-ci il tarixə açılmış bank hesablarının sayı 181 891-ə çatıb ki, bunun da 170 244-ü və ya 93,6 faizi aktiv hesablardır.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.
2021-ci ilin yanvar-oktyabr aylarında açılmış 37 812 bank hesabının 37 772-si aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2021-ci il tarixə 1 501-ə çatdırılıb.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 545,3 manata çatdırılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
Oxşar xəbərlər
Azərbaycana 2 milyon yarımdan çox əcnəbi gəlib
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya 2018-ci ilin yanvar-oktyab...