SİZİN REKLAM BURADA!
055 213 76 73


Gələn il üçün sosial müdafiə fondunun həm gəlirləri, həm də xərcləri təxminən 5 faiz yüksəlir və 5 milyard 307 milyon manata çatır. Bu, indiyə qədər ən yüksək həddə gəlib çatır".

BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O əlavə edib ki, vətəndaşların bütün növ pensiyalarının məbləğində yüksək artım olacaq: "Təxminən 35-40 manat həcmində istər yaşa, istər əlilliyə, istərsə də ailə başçısını itirməyə görə pensiyanın məbləği artırılacaq".

BAKU.WS
VİDEO