Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı - FOTO

“AZCHEMCO” şirkəti özünə aid formulalarla bitkilər üçün gübrə və dərman istehsalçısı olaraq Azərbaycan tarixində ilk dəfə tərkibində texniki elementlər olan, suda həll olunan toz gübrələrin (NPK) istehsalına başlayır, həmçinin şoran torpaqlarla bağlı problemlərin həlli üçün layihə təqdim edir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu bugünkü konfransda əldə edilən uğuru açıq şəkildə nümayiş etdirən şirkət rəhbərliyi bildirib.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində gözəl Qarabağımızın 44 gün ərzində azad olunması Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də yeni reallıqlar, möhtəşəm perspektivlər vəd edir. Fürsətdən istifadə edərək Vətən müharibəsində şəhid olmuş vətən oğullarına Allahdan rəhmət, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik!


“AZCHEMCO” MMC-nin kənd təsərrüfatı sahəsində ilk addımlar atmasına baxmayaraq, bu sahədə yüksək və müasir texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi yönündə fəaliyyət göstərməkdədir. Məhz bu cür yanaşma kənd təsərrüfatında modernləşməni öz fəaliyyətində prioritet qəbul etmiş “AZCHEMCO” şirkətini bu sahədə dünya liderləri ilə əməkdaşlığa sövq etdirir və ölkəmizdə müasir əkinçilik metodlarını tətbiq etmək məqsədilə yola çıxılıb.





“FAO ölkəmizdə ərzaq təhlükəsizliyinin artırılmasına şərait yaradan dayanıqlı qida və kənd təsərrüfatını təmin etmək, qida və kənd təsərrüfatı istehsalı sistemlərinin məhsuldarlığını artırmaq və kənd təsərrüfatı istehsalını şaxələndirmək istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəkləyir. “AZCHEMCO” cari ilin 23-24 sentyabrında “Qida Sistemləri Sammitində” BMT Baş katibi Antonio Quterreş və digər zirvə iştirakçılarının səsləndirdikləri quraqlıq, ekologiya və aclıq kimi qlobal problemlərin birgə həll edilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün təşkilata üzv olmaq niyyətindədir!”

Bildiyimiz kimi əkinçilikdə torpağın münbit və məhsuldar olması əsas faktorlardandır. Təəssüf ki, münbit və məhsuldar torpaqlar get-gedə şoranlaşmaqda və əkin üçün yararsız vəziyyətə düşməkdədir. Səthində və profilində bitki üçün çox miqdarda toksik duzlar olan torpaqlar şoran torpaqlardır. Havanın isti keçməsi nəticəsində su buxarlanır, toksik duzlar isə torpağın üst hissəsində toplanaraq onu şoranlaşdırır.

Heç kimə sirr deyil ki, torpağın su rejimi mütləq tənzimlənməlidir. Suvarma bitkinin suya olan tələbatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Dünyanın bir çox yerlərində suvarma hələ də primitiv qaydada aparılır, selləmə suvarma üsulundan daha geniş istifadə olunur. Belə olan halda sudan düzgün istifadə olunmur, həm çoxlu həcmdə su itkisinə yol verilir, həm də torpağın münbit qatının yuyulması prosesi baş verir. Digər tərəfdən selləmə suvarma nəticəsində su nisbətən aşağı səviyyədə yerləşən əkin sahələrində yığılaraq qrunt suyunun qalxmasına səbəb olur. Bu da öz növbəsində həmin sahədə torpağın şoranlaşmasına yol açır. Suvarma bitkinin suya olan tələbatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Bizə lazımdır ki, bitki torpaqda olan qida maddəsini mənimsəyə biləcək qədər su ilə təmin edilsin. Artıq su bitkinin normal qidalanmasına, maddələr mübadiləsinə mane olur. Bununla həm də normal tənəffüs prosesi pozulur. Artıq su verməklə biz bitki üçün çox vacib olan qida maddələrinin torpaqdan yuyulub getməsinə şərait yaratmış oluruq.


“Drip Drop 369” məhlulu torpaqları yararlı vəziyyətə gətirməklə yanaşı, tərkibindəki xüsusi elementlər sayəsində damlama sistemlərinin özünü də təmizləyərək sistem daxilində su axınının stabil olmasını təmin edir və sistemin uzunmüddətli istismarına şərait yaradır.
“Drip Drop 369” məhlulunu fərqləndirən əsas cəhətlərindən biri də torpaq qədər insan sağlamlığına verdiyi önəmdir. Tərkibində canlılara təsir edə biləcək heç-bir təhlükəli kimyəvi maddə mövcud deyil və buna baxmayaraq çox effektivdir.



L.Özdemir əlavə edib ki, məhlulun tərkibində 10 faiz azot, 1 faiz fosfor, 30 faiz kükürd mövcuddur:
“Diqqətinizə çatdırım ki, kükürd yeganə elementdir ki, ərimir. Lakin, “AZCHEMCO” kükürdü əritməyi bacardı və şirkət bu məhsulla “Made in Azerbaijan” brendi altında dünya kənd təsərrüfatına ərimiş kükürdü hədiyyə etdi”.


“Bu məqsədlə Dövlət Aqrar Universitetini ən yaxşı göstəricilərlə bitirmiş gənclər “AZCHEMCO”nun dəstəyi ilə bu sahədə ixtisaslaşacaq”.
Şirkət artıq istehsal edəcəyi yeni məhsulların sertifikatlaşdırılmasını təmin edib və tezliklə Azərbaycanda texniki elementlərlə zənginləşdirilmiş suda həll olunan toz gübrələrin (NPK) ilk istehsalını açmağı planlaşdırır.
Oxşar xəbərlər
Ölkə başçısından Azərbaycan Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844...