Bu il əhali 2 mlrd. manat ödənişi nağd pul vermədən edib

Bu il əhali 2 mlrd. manat ödənişi nağd pul vermədən edib
İqtisadiyyat 49

Bu ilin I rübündə Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,001 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,4% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 116 mln. manatı ATM-lər vasitəsilə, 813 mln. manatı POS-terminallar vasitəsilə, 1,072 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Son xəbərlər