SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada daşınmaz əmlak bazarı həmişə maraq dairəsində olub. İnsanlar çox vaxt paytaxt və böyük şəhərlərdə mənzil sahibi olmağa çalışırlar. Məhz bu səbəbdən də paytaxtlarda tikililər baha qiymətə olur.

BAKU.WS-in məlumatına görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, Bakıda mənzillər kifayət qədər baha satılır.

Qeyd edək ki, digər şəhərlərdə olduğu kimi, Bakının əmlak bazarında da həm “ekonom sinif”, həm də lüks mənzillər mövcuddur.

Məsələn, “Port Baku Residence”də müştərilərə sahəsi 250-270 kv.m olan mənzillər 1,5-1,7 milyon manata təklif olunur.

Bəs ölkəmizin paytaxtında bir kvadrat metr mənzil orta hesabla neçəyədir?

2020-ci ildə paytaxtda ikinci dərəcəli mənzilin bir kvadrat metrinin orta qiyməti 1695 manat (997 dollar) təşkil edib.

Bakıda mənzil bazarında köhnə tikililərdə evlərin hər kvadrat metrinin orta qiyməti 1695 manat (997 dollar) müəyyənləşdirilib.

Lakin təzə tikililərdə evlərin hər kvadrat metrinin orta qiyməti 1349 manat (793 dollar) müəyyənləşdirilib. Qeyd edək ki, bu binalarda mənzillər müştərilərə təmirsiz formada təklif edilir.

BAKU.WS-in müxbiri qonşu ölkələrin paytaxtlarında daşınmaz əmlak qiymətlərini araşdırıb.

Ən bahalı mənzillər Moskvada, ən ucuz evlər isə Kişinyovda təklif olunur.

Rusiyada

2020-ci ilin sonunda Rusiyanın paytaxtı Moskva şəhərində evlərin kvadrat metrinin orta dəyəri 2850 dollar təşkil edib.

Estoniya

Estoniyanın paytaxtı Tallin şəhərində evlərin kvadrat metrinin orta dəyəri 2730 dollar təşkil edib.

Belarus

Belarusun paytaxtı Minsk şəhərində evlərin kvadrat metrinin orta dəyəri 1320 dollar təşkil edib.

Ukrayna

Ukraynanın paytaxtı Kiyev şəhərində evlərin kvadrat metrinin orta dəyəri 1150 dollar təşkil edib.

Latviya

Latviyanın paytaxtı Riqa şəhərində evlərin kvadrat metrinin orta dəyəri 980 dollar təşkil edib.

Qazaxıstan

Qazaxıstanın paytaxtı Nur-Sultanda evlərin kvadrat metrinin orta dəyəri 850 dollar təşkil edib.

Ermənistan

Ermənistanın paytaxtı Yerevan şəhərində evlərin kvadrat metrinin orta dəyəri 850 dollar təşkil edib.

Gürcüstan

Gürcüstanın paytaxtı Tbilisi şəhərində evlərin kvadrat metrinin orta dəyəri 675 dollar təşkil edib.

Moldova

Moldovanın paytaxtı Kişinyov şəhərində evlərin kvadrat metrinin orta dəyəri 620 dollar təşkil edib.

Türkiyə

Türkiyənin paytaxtı Ankara şəhərində evlərin kvadrat metrinin orta dəyəri 455 dollar təşkil edib.

Türkiyənin ən böyük şəhəri olan İstanbulda evlərin kvadrat metrinin orta dəyəri 550 dollar təşkil edib.

BAKU.WS