Azərbaycanda bankların dollara tələbi 100 milyonu ötdü

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.
Hərracda tələb 100,1 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.
Qeyd edək ki, Mərkəzi Bank iki gün öncə dollara tələbatın artması ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirmişdir ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib.
Oxşar xəbərlər
Dövlət büdcəsindən milyonluq yayınma edən şirkətlər (SİYAHI)
Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Dövlət Gömrük Komitəsinin...
