SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"2017-ci ildə neftin qiyməti 40-60 dollar arasında dəyişəcək”.

BAKU.WS xəbər verir ki, bu proqnozla Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib. Onun qənaətinə görə, bu ilin ilk 6 ayında neftin qiyməti 40 dollar səviyyəsində qalacaq. Cari ilin ikinci yarısında isə neftin qiyməti 45 dollaradək bahalaşacaq: "İlin sonunda neftin qiyməti 50 dollara qədər yüksələ bilər. Qiymətə şist qazından əldə edilən neft də təsir edəcək”.

Şist qazı neftinin istehsalına diqqət çəkən A.Novak 2017-ci ildə neftin qiymətinin 40-60 dollar arasında olacağını deyib.

BAKU.WS