Zəlzələ zamanı fillərin balanı qoruma instinkti kameraya düşdü

ABŞ-nin Kaliforniya ştatında baş verən 5,2 bal gücündə zəlzələ zamanı San Dieqo Heyvanat Parkındakı fil sürüsünün balalarını qoruma instinkti kameralara əks olunub.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, zəlzələ bazar ertəsi səhəri San Dieqodan 96 kilometr uzaqlıqda yerləşən Julian şəhəri yaxınlığında qeydə alınıb. Sarsıntı başladığı an fil sürüsü dərhal birləşərək balalarının ətrafında "siqnal halqası" yaradıb. Zooparkın yaydığı görüntülərdə beş filin ən kiçik balalarının ətrafında sıx halqa şəklində birləşdiyi görünür.
Park rəhbərliyi bildirib ki, zəlzələ başa çatdıqdan sonra belə, sürü balalarının tam təhlükəsiz olduğundan əmin olana qədər ayrılmayıb. Mütəxəssislər, fillərin ayaqları vasitəsilə yer titrəyişlərini hiss etmək qabiliyyətinin bu davranışda rol oynadığını qeyd edir.
Zəlzələdən sonra ən azı yeddi afterşok qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan və ya maddi zərər bildirilməyib.
Qeyd edək ki, bu zəlzələdən bir neçə saat öncə Julian yaxınlığında 3,5 bal gücündə daha zəif bir yeraltı təkan da baş vermişdi. Eyni gün səhər isə Fiji adalarında 6,5 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Oxşar xəbərlər
Peskov: Rusiya-ABŞ əlaqələri davam edəcək
Rusiya-ABŞ əlaqələri davam edəcək. "Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalis...