Zelenskinin xanımı İsveçrədə kurortdadır - Sabiq ukraynalı deputat
Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena İsveçrədəki dağ-xizək kurortlarından birində Sankt-Moritsdə görüntülənib.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk məlumat verib.
O, sosial şəbəkələrində bir qrup şəxsin Yelena Zelenskaya ilə birlikdə İsveçrə hava limanına endikdən sonra avtomobilə minib oradan uzaqlaşdığı video yayıb.
Mosiyçuk qeyd edir ki, Ukrayna lideri eyni zamanda xarici KİV-lərə ailəsinin hazırkı münaqişə və hərbi əməliyyatlarla necə çətin anlar yaşadığını danışır.
Ukrayna hakimiyyəti keçmiş deputatın dərc etdiyi məlumatı təkzib edib, lakin o, tezliklə Zelenskayanın olduğu yer, o cümlədən Ukraynanın birinci xanımının qaldığı otel və otaqların təfərrüatları barədə əlavə məlumat verəcəyini vəd edib.
Oxşar xəbərlər
ABŞ-də 11 yaşlı uşaq atası ilə mübahisədən sonra ona atəş açıb
ABŞ-də 11 yaşlı oğlan atasına etiraz edərək onu güllələyib. BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Hadisə yanvarın 13-də Pensilv...