Zelenski və Fayon PURL proqramı çərçivəsində əməkdaşlığı müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Sloveniya Baş nazirinin müavini və xarici və Avropa işləri naziri Tanya Fayonla PURL (Ukraynanın Prioritet Ehtiyaclarının Siyahısı) və SAFE (Aİ-nin yeni maliyyə təşəbbüsü) proqramlarını müzakirə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "X" sosial şəbəkəsində yazıb.
"Ukraynaya səfərinə bölgələrimizdən başlayan Sloveniya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayonla bu gün paytaxtda görüşdüm. Belə dəstək çox vacibdir. Və biz bunu çox yüksək qiymətləndiririk. Xüsusilə də həyatın müharibə dövründəki kimi çətin olduğu bölgələrə gəlincə. PURL təşəbbüsünü və Sloveniyanın proqrama qoşulmasını, eləcə də SAFE mexanizmini müzakirə etdik", - o vurğulayıb.
Bundan əlavə, Zelenski Ukraynanın Avropa İttifaqına qoşulması üçün danışıqlar klasterlərinin açılmasının vacibliyini qeyd etdiklərini bildirib.
Oxşar xəbərlər
İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək
İtaliya Rumıniya qoşunlarının təlimi çərçivəsində bu ölkəyə Rumıniyaya təxminən 100 əsgər və bir neçə qırıcı təyyarə göndərəcək. BAKU.WS "Report"a istinadən xəb...